Modern.az

NATO baş katibi Rusiyanı ittiham ETDİ: “Hörmət göstərmir”

NATO baş katibi Rusiyanı ittiham ETDİ: “Hörmət göstərmir”

21 İyun 2016, 12:14

NATO Baş katibi Yens Stoltenberq Rusiyanı 1997-ci ildə imzalanmış Təhlükəsizlik və Əməkdaşlıq Haqqında Müqavilənin müddəalarını kobud sürətdə pozmaqda ittiham edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Sloltenberq Moskvanın qonşu ölkələrin ərazi bütövlüyünü pozduğunu deyib.

“Rusiya bütün ölkələrin ərazi bütövlüyünə hörmət göstərməyi tələb edən sənədin müddəalarına tabe olmur. Rusiya Ukrayna və Gürcüstanın ərazi bütövlüyünə hörmət göstərmir”.

 

Baş katib deyib ki, Rusiyanın Krım, Kalininqrad, Qara və Barents dənizlərində öz hərbi gücünü artırır.

O, buna paralel olaraq NATO-nun Şərqi Avropada öz hərbi gücünü artırdığını deyib.

 

Vüqar İsmayılov

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır