Modern.az

Bakı metrosunda yeni oturacaqlar quraşdırılır - FOTO

Bakı metrosunda yeni oturacaqlar quraşdırılır - FOTO

21 İyun 2016, 12:32

Bakı Metropolitenin stansiyalarında yeni oturacaqlar quraşdırılır. Bu haqda Modern.az saytına "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O, yeni oturacaqların artıq metronun “Elmlər Akademiyası” stansiyasında  quraşdırıldığını deyib.

“Artıq “Elmlər Akademiyası” stansiyasında oturacaqların quraşdırılmasına başlanılıb. Növbə ilə digər 2 stansiyada da yeni oturacaqlar quraşdırılcaq.

Ötən il Bakıda keçirilən “Avropa Oyunları” ərəfəsində təhlükəsizlik tədbirləri ilə əlaqədar metronun “Elmlər Akademiyası”, “Sahil” və “Cəfər Cabbarlı” stansiyalarında köhnə oturacaqlar götürülmüşdü. Hazırda isə onlar yeniləri və daha yaxşıları ilə əvəz olunur”. 

N.Paşayev hər stansiyada 10 ədəd yeni oturacaq quraşdırılacağını bildirib.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?