Modern.az

Türkiyəli jurnalistlər Bakıya gəlir

Türkiyəli jurnalistlər Bakıya gəlir

21 İyun 2016, 12:25

Bu gün Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Mehmet Ali Dimin rəhbərliyi ilə bu ölkənin müxtəlif media qurumlarında çalışan 4 jurnalist Bakıya gəlir.

 

Bu barədə məlumatı Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı verib. Onun sözlərinə görə, iki ölkə arasında media münasibətlərinin daha da yaxınlaşmasına xidmət edəcək bu kimi qarşılıqlı səfərlər hər il həyata keçirilir.

 

Səfər çərçivəsində türkiyəli jurnalistlər bir sıra rəsmilərlə görüşəcəklər, tanınmış KİV-lərin redaksiyalarında qonaq olacaqlar.
Türkiyəli media nümayəndələri həmçinin Gəncə, Şəki və Qəbələ ilə də tanış olacaqlar. Səfər iyunun 27-də başa çatır.


Qeyd edək ki, Türkiyə Qəzetçilər Federasiyası Azərbaycan gerçəkliklərini yalnız Türkiyəyə deyil, dünyanın bir çox ölkəsinə çatdıran böyük jurnalist təşkilatıdır. Bu qurum  öz ətrafında Türkiyənin yüzlərlə KİV nümayəndəsini birləşdirir. Xarici ölkələrin nüfuzlu media orqanlarında işləyən türk jurnalistlər də federasiyanın aktiv üzvləridir. Qardaş ölkənin jurnalistlərinin Azərbaycana bu dəfəki səfəri Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi