Modern.az

Baş həkim Salyanda yeni doğulan körpələrin ölüm səbəbini AÇIQLADI

Baş həkim Salyanda yeni doğulan körpələrin ölüm səbəbini AÇIQLADI

Aktual

21 İyun 2016, 12:59

“Ana xəstəxanaya gətirilərkən hamiləliyinin 31-ci həftəsində olub. Doğuş vaxtından əvvəl baş verdiyindən uşaqların da çəkisi az olub”.

Bunu Modern.az saytına Salyan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov bu səhiyyə müəssisəsində elektrik enerjiisnin kəsilməsi nəticəsində yeni doğulan üçəmlərdən ikisinin oksigen çatışmazlığından dünyasını dəyişməsi xəbərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, körpələrin hər üçü oğlan uşağı olub:

“Ölənlər 1 kiloqram 100 və 1 kiloqram 200 qram çəkidə olub. Sağ qalan uşağın çəkisi isə 1 kiloqram 300 qramdır”.

Həkim deyib ki, uşaqların ölüm səbəbi heç də elektrik enerjisinin kəsilməsi deyil:

“Vaxtından əvvəl doğuş olub, uşaqlara əlimizdən gələn yardımı etmişik. Amma vəziyyətdən çıxmadılar. Çıxmaları da mümkün deyildi. Çünki, bu çəkidə sağ qalma ehtimalı mində birdir. O ki, qaldı küveyzə, uşaq vəziyyətdən çıxandan sonra küveyzə qoyulur. Bu uşaqlar isə ümumiyyətlə vəziyyətdən çıxmayıb”.

Baş həkim ananın vəziyyətinin normal olduğunu deyib.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir