Modern.az

“Azərbaycan arıçılıq potensialından zəif istifadə edir”

“Azərbaycan arıçılıq potensialından zəif istifadə edir”

Aktual

21 İyun 2016, 15:12

“Arıçılığın bir sektor olaraq iqtisadiyyatımıza mümkün qatqıları ilə bağlı apardığımız araşdırmalardan məlum olur ki, mövcud potensialdan son dərəcə zəif istifadə edilir”.

Modern.az saytı xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev bildirib.

Ekspert rəsmi statistikaya əsaslanaraq məsələni şərh edib:

“Rəsmi məlumata görə, hazırda Azərbaycanda 2.3 min ton bal istehsal edilir ki, bu adambaşına təxminən 240 qram deməkdir. Ona görə də, marketlərdə müxtəlif ölkələrdən, xüsusilə Çindən idxal edilən balların çoxluq təşkil etdiyini görürük.

Dünyanın müxtəlif ölkələrində adambaşına illik bal istehlakı 1-1.5 kq aralığında dəyişir. Məsələn, qonşu Türkiyədə 1.2 kq təşkil edir”.

O bildirib ki, biz istehlakımızı bu səviyyəyə çatdırıb hamısını yerli istehsal hesabına ödəyə bilsək, hazırkı istehsal səviyyəmiz 4 dəfə artmalıdır:


“Əlavə olaraq deyim ki, dünyada bal və digər arıçılıq məhsullarının böyük bazarı var. Sadəcə keyfiyyətli və ucuz məhsul istehsalına nail olma vacibdir.
Türkiyə bal istehsalına görə dünyada Çindən sonra 2-ci yerdədir. Fikrimcə, onların təcrübələrini öyrənmək heç vaxt gec deyil....
Bir vacib məqamı da deyim: bizim ölkədə bal minimum qida istehlakı normalarına daxil edilməyib, amma bir çox ölkələrdə bu məhsul məcburi rasiondadır.
Yeri gəlmişkən, biz problemin iqtisadi tərəflərini araşdırırıq, amma peşəkar arıçı kimi mütəxəssislərlə söhbətə ehtiyac var”.

 

Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür