Modern.az

Baş nazirdən hərbi çağırışla bağlı QƏRAR

Baş nazirdən hərbi çağırışla bağlı QƏRAR

Aktual

21 İyun 2016, 16:19

Nazirlər Kabineti "Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi"ni və "2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların say bölgüsü"nü təsdiq edib.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırş Üzrə Dövlət Xidmətinə, Daxili İşlər Nazirliyinə, Səhiyyə Nazirliyinə, Nəqliyyat Nazirliyinə, Maliyyə Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına 2016-cı il iyulun 1-dən 30-dək Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirmələri tapşırılıb.

 

Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının rəhbəri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimodur.

 

Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev komissiya sədrinin müavini təyin olunub. Komissiyanın üzvləri isə səhiyyə nazirinin müavini Abbas Vəlibəyov, daxili işlər nazirinin müavini Oruc Zalov, fövqəladə hallar nazirinin müavini Ragim Lətifov, ədliyyə nazirinin müavini Toğrul Musayev, Dövlət Sərhəd Xidməti rəisinin müavini Azad Ələkbərov və Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini Niyazi Hacıyevdir.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır