Modern.az

“Bu, hələ başlanğıcdır”

“Bu, hələ başlanğıcdır”

21 İyun 2016, 17:20

“Komitəmiz gənclər və idman naziri Azad Rəhimovun təkliflərini nəzərə alaraq Azərbaycanda dopinqə qarşı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addım ataraq “İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsini hazırlanması ilə bağlı qərar verib.

 

Biz Antidopinq təşkilatının tövsiyyələrini nəzərə alaraq Azərbaycan qanunvericiliyin də bu istiqmətdə addımlar atırıq. Biz bu layihənin hazırlanmasına başladıqda bütün dövlət qurumlarından böyük dəstək aldıq”.

 

Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov komitənin iclasında deyib.

 

Deputat bildirib ki, yeni qanun layihəsi tövsiyə və təkliflər əsasında hazırlanacaq. Fuad Muradov dopinq hesab olunan dərmanlardan və onların yeni qanun layihəsində hansı formada əksini tapacağından danışıb:

“Hələlik qanun layihəsi yoxdur layihə təklif və tövsiyələr əsasında hazırlanacaq. Ümumiyyətlə, Beynəlxalq Antidopinq təşkilatı tərəfindən 7 mindən artıq dərmandan istifadəyə qadağa qoyulub. Təbii ki, idmançılar həmin dərmanlardan istifadə edə bilməzlər. Əgər istifadə olunursa, həmin təşkilat tərəfindən dərhal idmançılara, federasiyalara qarşı müəyyən sanksiyalar tətbiq olunur. Çox təəssüf ki, dopinqin istifadəsi bütün dünyada cavanlaşır gəncləşir və bu da həm ölkəyə həm də gələcəyimizə ziyandır.

 

Azərbaycanda Gənclər və İdman Nazirliyinin nəzdində Azərbaycanda antidopinq komissiyası yaradılıb. Yaranan gündən bu proseslərin tənzimlənməsi başlayıb. Ümumiyyətlə Azərbaycan UNESCO-nun İdmanda Dopinqə qarşı Mübarizə haqqında Beynəlxalq Konvensiyaya, Anti dopinq üzrə Kopenhagen bəyannaməsinə, Avropa Antidopinq Konvensiyasına qoşulub. Azərbaycanda bu istiqamətdə çox ciddi iş gedir. Təsssüf ki, dündada gedən antidopinq siyasəti bir çox hallarda neqativ nəticələrə gətirib çıxarır”.

 

Deputat qeyd edib ki, dopinq siyasətində ölkələrə heç də eyni cür münasibət qoyulmur: “Dünya Antidopinq Agentliyi 2004-cü ildən fəaliyyətə başlayıb və bu günə qədər cərimələr, sanksiyalar tətbiq olunur.

 

Bunlar da son nəticədə ümumi idmanın inkişafına müsbət kimi dəyərləndirilir. Lakin elə cəhətlər var ki, biz onlarla razı deyilik. Bəzən hansısa öləkələrə xüsusi yanaşmalar edilir.

 

Bu gün komitəmizin əsas məqsədi qanunvericilik bazasının təkmilləşdirilməsindən ibarətdir. Bununla bağlı bir neçə ölkənin qanunvericiliyinə baxılıb. Burada səslənən təkliflərə baxıldıqdan sonra yenidən bir araya gələcəyik. Bu gündən bu prosesə başlayacağıq. Gələn sessiyaya qədər layihənin müəyən istiqamətləri müəyyənləşdirilməlidir. Bununla bağlı əsas koordinasiya işini Ülvi Quliyev həyata keçirəcək.

 

Biz həm idman cəmiyyətinin, həm də idman funksionerlərinin fikrini öyrənəcəyik. Biz əlbəttə yığma üzvlərimizə cərimələrin tətbiq olunmasının tərəfdarı deyilik. Çünki cərimələr sayəsində komandalarımız yarışlarda iştirak hüququndan məhrum ola bilərlər.  Azərbaycanda həyata keçirilən idman islahatları əslində bizə bu cərimələrdən qaçmağa imkan verir. Təbii ki, federasiyaların işi ilə bağlı bir sıra narahatlıqlar var. İstəyirik ki, onlar bu işə daha ciddi yanaşsınlar. Ölkədə 100-dən çox federasiyalar var ki, bu məsələdə əsas məsuliyyət məhz onların üzərinə düşür. Rusiyada 80 nəfərə yaxın idmançı, 99 faizi “Rio” olimpiadasından məhrum olublar. Bu, hələ başlanğıcdır”.

 

Ağa AKİFOĞLU 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu