Modern.az

Co Bayden Bəşər Əsədlə Səddam Hüseyni səhv saldı

Co Bayden Bəşər Əsədlə Səddam Hüseyni səhv saldı

21 İyun 2016, 20:14

ABŞ-ın vitse-prezidenti Co Bayden Suriya prezidenti Bəşər Əsədlə İraqın edam edilən keçmiş lideri Səddam Hüseyni səhv salıb. Modern.az xarici mediaya istinadən bildirir ki, Barak Obama administrasiyasının Suriyanın gələcəyi haqda siyasəti ilə bağlı suala cavabında o, Əsədi Səddam adlandırıb.

 “Biz eyni zamanda beynəlxalq aləmlə Səddamın postunu tərk etməsi və hakimiyyətdən məhrum edilməsi ilə bağlı işləyirik”, - Bayden deyib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?