Modern.az

İki polis rəisi kabinetini dəyişib

İki polis rəisi kabinetini dəyişib

Aktual

21 İyun 2016, 21:13

Bu gün daxili işlər naziri Ramil Usubov iki polis rəisinin xidmət yerinin dəyişdirilməsi ilə bağlı əmr imzalayıb. Modern.az saytı xəbər verir ki, əmrə əsasən Xaçmaz rayon polis şöbəsinin rəisi Ədalət Yaqub oğlu Abbasov Bakı şəhərinin Nizami rayon polis idarəsinə rəis təyin edilib.

Digər bir əmrlə isə Nizami rayon polis idarəsinin rəisi Nofəl Hidayət oğlu Məhərrəmov Xaçmaz rayon polis şöbəsinin rəisi təyin edilib.  Yeni təyinatlar bölgənin hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib.

Vəzifəyə yeni təyin edilən Ədalət Abbasov açıqlamasında bildirib ki, nazirin bütün göstəriş və tapşırıqlarını bacarıqla yerinə yetirəcək: "Nizami rayonu ərazisində də asayişin qorunması üçün əlimdən gələni edəcəm. İşimə vicdanla yanaşacam".

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir