Modern.az

Peterburqda azərbaycanlı məhkəmə icraçısına hökm oxunub

Peterburqda azərbaycanlı məhkəmə icraçısına hökm oxunub

21 İyun 2016, 22:26

Sankt-Peterburqun Kirov məhkəməsi 15 min rüşvət almaqda təqsirkar bilinən keçmiş məhkəmə icraçısı Qismət Zeynalov barəsində hökmü elan edib. Modern.az Rusiya mediasına istinadən bildirir ki, o 2 il ümumi rejimli həbsxanada cəza çəkməklə yanaşı, 600 min rubl da cərimə ödəməlidir.

Bundan əlavə, Qismət Zeynalov 3 il müddətində müəyyən vəzifə tuta bilməyəcək. 

İstintaq materiallarında qeyd edilir ki, Zeynalov 2016-cı ilin yanvar ayında arvadının icra etməli olduğu iş üzrə Peterburq sakinindən 15 min rubl alıb. O, həmin pulun müqabilində ittiham olunan barəsində icra prosesinin  başa çatması haqda qərar çıxartdıracağına söz veribmiş. Pul Zeynalovun bank hesabındakı karta oturandan sonra tutulub.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir