Modern.az

Ölkədən çıxışa "STOP" qoyulduğunu onlayn öyrənmək olur

Ölkədən çıxışa "STOP" qoyulduğunu onlayn öyrənmək olur

21 İyun 2016, 23:46

Azərbaycan vətəndaşları ölkədən xaricə çıxışlarına qadağa qoyulub-qoyulmadığını asanlıqla öyrənə biləcəklər. Modern.az saytı xəbər verir ki, bu Ədliyyə Nazirliyinin istifadəyə verdiyi yeni elektron xidmət sayəsində mümkün olub. Yeni xidmət “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” adlanır.

 

Bu xidmətdən istifadə edən vətəndaşlar öz şəxsiyyət vəsiqələrinin göstəricilərini daxil etməklə adlarının ölkədən çıxışına qadağa qoyulanlar arasınlda olub-olmadığını öyrənə biləcəklər. Elektron xidmət pulsuzdur.

 Xidmətdən istifadə etmək üçün //85.132.96.196/WebForms/VVA_13.aspx linkinə daxil olmaq lazımdır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!