Modern.az

Bu gün Nizami rayonuna su verilməyəcək

Bu gün Nizami rayonuna su verilməyəcək

Aktual

22 İyun 2016, 09:47

Bu gün paytaxtın bəzi yerlərində içməli su verilişində məhdudiyyətlər olacaq. Bu haqda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.

Belə ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində su təchizatı sistemlərinin yenidən qurulması işlərinin aparılması ilə əlaqədar iyunun 22-də gün ərzində Qara Qarayev və Babək prospektlərinin, həmçinin E.Süleymanov və İ.Məmmədov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu ” ASC abonentlərdən üzr istəyir.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir