Modern.az

Fransız şirkəti İŞİD-ə vergi ödədi

Fransız şirkəti İŞİD-ə vergi ödədi

Aktual

22 İyun 2016, 10:59

Fransız inşaat materialları istehsalçısı Lafarge şirkətinin Suriyada İŞİD-ə vergi ödədiyi iddia edilib.

 

Fransanın Le Monde qəzetinin xəbərinə görə, Lafarge 2013 və 2014-cü illərdə Suriyada fəaliyyətini davam edə bilmək üçün terror təşkilatına ödəmə edib.

 

Modern.az xarici KİV-nə istinadən xəbər verir ki, şirkət Suriya bazarı üçün sement istehsal etməyə 2010 cu ildən başlayıb.

 

Şirkətin ölkənin cənub-qərbində İŞİD-in nəzarətindəki bölgədə yerləşən fabrikin fəaliyyətində istifadə olunan yük maşınları və işçilərin güvənliyi üçün terror təşkilatı ilə əməkdaşlıq etdiyi iddia olunub.

 

İddiaya görə şirkət ilə İŞİD arasındakı müqavilə 19 sentyabr 2014 cü ilə qədər davam edib. Bu tarixdən sonra Lafarge bölgədəki fəaliyyətlərinə son verib.

 

Qafar AĞAYEV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!