Modern.az

Zakir Həsənov ordunun təlimlərinə qatıldı

Zakir Həsənov ordunun təlimlərinə qatıldı

Aktual

22 İyun 2016, 11:28

 

Azərbaycan Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan başlanan operativ-taktiki təlimlər davam edir. 

 

Modern.az-n xəbərinə görə, bu gün cəbhə boyu ərazilərdə təlimlərin növbəti döyüş atışlı mərhələsi başlayıb.

 

Təlimdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov  da iştirak edir.

 

Təlim başlanmazdan əvvəl nazir birlik, birləşmə, hərbi hissə və qərargah rəhbərləri ilə görüşüb. O, Təlimlərin təşkili vəziyyəti ilə maraqlanıb, göstərişlərini verib. Daha sonra təlim başlayıb.

 

Qeyd edək ki, təlimlər iyunun 24-dək davam edəcək. Təlimlərdə 25 min nəfərədək şəxsi heyət, 300-də çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri iştirak edir.

 

Təlimlərə 25 000 nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunub.
 

Təlimlərin keçirilmə ərazisi olaraq cəbhəboyu zonada və Naxçıvan Muxtar Respublikasında yerləşən poliqonlar, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru müəyyən edilib.

 

Təlimlərin əsas məqsədi birlik və birləşmə komandanlıqlarının qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsindən, eləcə də ağır şəraitdə aparılan müasir ümumqoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsinin artırılmasından ibarətdir.
 

Bu təlimlərin əsas xüsusiyyəti güclü müdafiəyə malik şərti düşmən nəzərə alınmaqla əməliyyatların silahlanmada olan yeni texnoloji vasitələrin və silahların geniş tətbiqi ilə keçirilməsidir.

 

Təlimlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilmə qabiliyyəti, onların yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələləri yoxlanılacaq.
 

Təlimin mərhələlərindən birində döyüş atışları yerinə yetiriləcək.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir