Modern.az

Nazir möhlət hüququ ilə bağlı fərmanı ŞƏRH ETDİ

Nazir möhlət hüququ ilə bağlı fərmanı ŞƏRH ETDİ

22 İyun 2016, 12:24

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verən qanunun qüvvəyə minməsi elm və təhsil insanları üçün əlamətdar hadisədir.

Bu, Azərbaycan təhsili və elminin gələcəyinə qoyulan sərmayə, inkişafımızın insan kapitalı ilə bağlı olmasının təzahürüdür”.

Modern.az-ın xəbərinə görə Təhsil Naziri Mikayıl Cabbarov Bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verən qanunu şərh edərkən bildirib.

Nazir bildirib ki, Azərbaycan təhsili növbəti illərdə bu qanundan xeyli yararlanacaq:

“Elm gücdür! Bu ifadə dünyamızın inkişaf ideologiyasının açar sözləridir. Azərbaycan gənci də elmi dünyagörüşü ilə, inkişafın lokomotivi olmaq enerjisi ilə bu sərmayədən faydalana biləcək.

Ölkəsinin gücünə güc qatmaq üçün təhsildən, elmdən bərk tutacaq, elmi nailliyyətlərə yiyələnmək üçün təhsilinin fasiləsizliyindən yararlana biləcək.

Cənab Prezidentin imzası ilə təsdiq olunan bu fərmanın müstəsna əhəmiyyəti var. Gənclərin elmə daha geniş cəlb olunmasına imkan yaradılması ilə yanaşı, fərmanın sosial mahiyyəti ondan ibarətdir ki, elmimizin inkişafında bir çox cəhətdən əngələ çevrilən yaş, cins qeyri-bərabərliyinin bərpa olunması üçün yeni reallıq yaranacaq.

İkinci tərəfdən bu bir həqiqətdir ki, Azərbaycan əhalisinin böyük bir qismini gənclər təşkil edir. Gənclik qüvvəsinin elmə daha artıq qatqısı sinerji effekti yaradır.

Bu güc isə böyük ixtiraların, innovasiyaların və beləliklə, dünyada ölkələrin üstün nüfuz göstəricisinə çevrilən elmi nəticələrin qazanılması deməkdir”.

Ali təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən biri də innovativ layihələrin həyata keçirilməsi üçün şərait və mühitin yaradılmasıdır. Bizneslə elmi ixtiraların görüş nöqtəsi üçün ən münbit və müvafiq yer məhz universitet olmalıdır.

Bu qərarın qəbul olunmasında böyük uzaqgörənlik və müdrik yanaşma nümayiş etdirən ölkə başçısı cənab İlham Əliyevə dərin təşəkkür edirik”.

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir