Modern.az

“5 rayonumuz işğaldan azad olunacaq” - VİDEO

“5 rayonumuz işğaldan azad olunacaq” - VİDEO

22 İyun 2016, 14:42

 

Rəsmi Bakı ilk dəfə prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlayıb.

 

Modern.az ANS TV-yə istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov danışıb.

 

Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub.

 

"Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi.

 

Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər", - deyə Administrasiya rəhbərinin müavini bildirib.

 

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir