Modern.az

“Azərbaycanda elmlər namizədləri və doktorları cavanlaşacaq” - MÜSAHİBƏ

“Azərbaycanda elmlər namizədləri və doktorları cavanlaşacaq” - MÜSAHİBƏ

Təhsil

22 İyun 2016, 15:46

Milli Məclisin Elm və  Təhsil Komitəsinin sədri, Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli Modern.az saytının magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinə aid suallarını cavablandırıb.

- İsa müəllim ölkə prezidentinin imzaladığı fərmanla hərbi xidmətə çağırışdan möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunub. Sizcə bu fərman Azərbaycan elminə nələri qazandıracaq?

-Bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verən qanunun qəbul edilməsi prezident İlham Əliyevin özünün Ali Baş Komandan və ölkənin rəhbəri kimi qəbul etdiyi qərardır.

Bu qərar elmin bundan sonrakı davamlı inkişafına, fasiləsiz təhsilin uğurla həyata keçməsinə tam şərait yaradacaq. Bu da öz növbəsində ölkəmizdə yen elmi nəslin inkişafına mühüm rol oyanacaq.

Bu günə qədər oğlanların ali məktəblərə qəbulunda kəmiyyət göstəricisi ürəkaçan deyildi. Həm də Elmlər Akademiyasında doktorluğa gedənlər arasında qızlar üstünlük təşkil edirdi. Biz bu balansı qorumağa xüsusi diqqət yetiririk. Balans kəskin şəkildə oğlanların azlığı ilə müşayiət olunurdu. İnanıram ki, bu böyük boşluq artıq dolmağa başlayacaq. Həm təhsil sistemində, həm də elmdə qadınlarla yanaşı, kiçilərə də böyük ehtiyac var. Çünki kişilərin də elmdə öz missiyası var.

Uzunmüddətli layihələrin, çöl-kəşfiyyat və elmi-təcrübi praktiki işlərin aparılması baxımından kişilərin də rolu çox böyükdür. Düşünürəm ki, bu qərar bütövlükdə ölkə prezidentinin uzunmüddətli təhsil və elmi formalaşdırmaq istiqamətində indiyə qədər atdığı addımlara arxalanaraq, bundan sonra yeni mərhələyə səbəb alacaq.

Fərman elmin, təhsilin daha üstün və yüksək mövqe tutmasına hesablanmış tarixi əhəmiyyətli qərardır. Bu, həm də müasir gəncliyin inkişaf etdirilməsi və öz yerini tapması baxımından geniş üfüqlər açacaq. Bizə də yalnız bu qərarın icrasını ölkəmizdə yüksək səviyyədə təşkil etmək düşür.

Ölkə ictimaiyyəti adından cənab prezidentə də şəxsən özünün müstəqil olaraq qəbul etdiyi qərara görə dərin təşəkkürüm bildirirəm.

-Bəs bu qərar konkret olaraq  hansı elm sahələrinin inkişafına xüsusi təsir edəcək?

-
Oğlanlardan kim hansı sahəni arzu etsə, o elm sahəsinin dalınca da gedəcək. Bizdə humanitar və ictimai elmlərdə oğlanlar son dövrlər kəskin şəkildə azalıb. Biologiya, seysmologiya, çöl təcrübəsi sahəsində oğlanların kəskin şəkildə azlığı var. Bu qərar eyni zamanda geologiya, neft-qaz, arxeologiya kimi elm sahələrinə daha çox fayda verəcək.

Düzdür, Milli Məclisdə bu qanunun müzakirəsi zamanı bəzi deputatlar bildilər ki, Azərbaycanda elmlər namizədlərinin orta yaş həddi 60-dan çoxdur. Bu qətiyyən belə deyil və tamamilə yalandır. Bu rəqəmlər bəzi deputatların səsləndirdikləri kimi deyil. Elmlər namizədlərinin Azərbaycanda orta yaş həddi indi 54-55 yaşdır.

Bu reallıq olsa da, orta göstəricilərə uyğun gəlmir. Fasiləsiz təhsilin təmin olunması elmlər doktoru səviyyəsinə çatmaq üçün lazım olan orta göstərici xüsusi istedadların hesabına bir çox hallarda 40 yaşın atlına düşəcək.

Amma normalda elmlər doktorlarının hazırlanması ən azı 54 yaşın başlanğıcında ola da bilər. Fəlsəfə doktorlarının orta yaş həddi 50 yaş, elmlər doktorlarınınkı isə 52-53 yaş olacaq.

Xüsusi qabiliyyətli insanların isə fasiləsiz təhsilin hesabına 30-35 və 40 yaşlı kişilərin doktorluq işi müdafiə edəcəklərinə inanıram. Bunlar yaxın gələcəkdə olacaq.

Yeni elmi nəslin həm elmlər namizədi, həm də elmlər doktoru hesabına ölkə iqtisadiyyatının xeyli inkişafı baş verəcək.

-Fasiləsiz təhsilə başladıqdan sonra xaricdə magistr və doktorantura səviyyəsində təhsil alan azərbaycanlıların ölkəyə geri qayıdışı mümkün olacaqmı?

-
Artıq 10 ildir ki, Azərbaycana cəmiyyətinə bəllidir ki, xaricdə təhsilin üstünlükləri də var. Amma eyni zamanda magistr və doktorantura səviyyəsində xaricdəki təhsilin eyforiyası da var.

Heç də belə hesab etməyək ki, hər şey xaricdə yaxşıdır. Elm və təhsil müstəqilliyinin 25 illiyini yaşadığımız ölkəmizdə də xeyli səviyyədə inkişaf edib. Bakalavr, magistr, həm də doktorantura təhsilində artıq ölkə reallıqlarında Qərb standartları və dünya ölçülərinə uyğun meyarlar yaranıb.

Polşa, Bolqarıstan, Rusiya, keçmiş sovet ölkələrinin akademiyalarında olanda bizim ölkəmizdəki təhsili müqayisə edərək, belə nəticəyə gəlirik ki, heç də geridə qalmırıq. Akademiya elə yüksək qiymətə və maliyyə baxımından bahalı, amma elmi cəhətdən sərfəli və səmərəli texnologiya cihazları alıb ki, o bəlkə də inkişaf etmiş bir sıra ölkələrdə yoxdur.

Ən maraqlı cəhət odur ki, bu avadanlıqları işlədə bilən yeni elmi nəsil formalaşır.Artıq son illər doktorantura təhsili almaq üçün xaricə üz tutanlar Azərbaycana qayıdır. Fasiləsiz təhsilə başladıqdan sonra bu proses daha da sürətlənəcək.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir