Modern.az

Şəhidlər xiyabanı Milli Hüzn Gününə hazırlanıb (Fotosessiya)

Şəhidlər xiyabanı Milli Hüzn Gününə hazırlanıb (Fotosessiya)

18 Yanvar 2011, 20:11

Milli Hüzn Günü -20 yanvarla bağlı Şəhidlər xiyabanında artıq hazırlıq işləri başa çatmaq üzrədir. Modern.az-ın əməkdaşının Şəhidlər xiyabanında keçirləcək mərasimə hazırlığın vəziyyəti ilə bağlı apardığı müşahidələr bunu göstərib. Xiyabanın girəcəyində və şəhid qəbirləri üstünə qırmızı qərənfillər düzülüb. Komunal xidmətin işçiləri isə son təmizlik işlərini görürlər.

 

Ərazidə aparılan təmizlik işlərinə Bakının 11 rayonunun Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tam heyətlə cəlb olunub. Bu barədə Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi Nizami Bəkirov məlumat verib. “Bu gün 20 Yanvar şəhidlərinin anım günü münasibətilə Şəhidlər xiyabanında əsaslı işlər görülür. İlk növbədə təmizlik işləri aparılır. Bundan əlavə gül kompozisiyası yerləşdirilib. Yanvarın 20-də bura insan axını çox olacaq. Çalışacağıq ki, şəhidləri ziyarət etmək istəyənlər görülən işlərdən razı qalsınlar. Bu, şəhidlərimizin ruhuna olan hörmətimizdir. Allah onlara rəhmət eləsin!”.

Şəhidlər Xiyabanında təmizlik işlərinin 10 gündür başlanıldığını vurğulayan Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin əməkdaşı Fərəc Fərəcov işlərin sabaha qədər davam edəcəyini bildirib: “Şəhidlər Xiyabanın təmizliyinə, bərpasına artıq çoxdan başlanılıb. Bu gün Bakı şəhəri üzrə bütün rayon icra hakimiyyətlərinin əməkdaşları bura toplaşıb. Bu gün və sabah təmizlik işləri davam edəcək”.

20 Yanvar faciəsinə iki gün qalmasına baxmayaraq, artıq şəhidlərimizi ziyarət edənlərin sayı çoxdur.

Əraziyə nəzarət edən rəsmi şəxslər əməkdaşımıza bildiriblər ki, Şəhidlər xiyabanına dünəndən axın başlayıb. Ziyarətçilərin çoxunu orta məktəb şagirdləri və müəllimlər, adi vətəndaşlar və xaricilər təşkil edir.

Beşinci sinif şagirdlərini ziyarətə gətirən 150 saylı orta məktəbin müəllimi Firəngiz Zülfüqarova dedi ki, bu qanlı qırğını ömrünün sonuna kimi yadından çıxarmayacaq. “Biz müəllimlərin borcudur ki, xalqımızın ağır günlərini, vətənimiz uğrunda şəhid olan şəhidlərimizi uşaqlara göstərək”.

Beşinci sinif şagirdi Mirzə Rüstəmlinin sözlərinə görə, onları hər il Şəhidlər xiyabanına gətirirlər.  “Müəlliməmiz deyir ki, şəhidlər vətən uğrunda ölüblər. Vətən və şəhidlər haqqında şeirlər bilirəm”.

73 saylı ora məktəbin müəlliməsi dedi ki, dayısı oğlu İbrahim Behbudov 20 yanvar gecəsi həlak olub. “Dərs dediyim siniflərdə həmişə uşaqlara deyirəm ki, şəhidlərimizin qanı yerdə qalmamalıdı. Hər il uşaqları bura gətirirəm”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər