Modern.az

Azərbaycanlı avtoritetin məhkəməsi başlayır - VİDEO

Azərbaycanlı avtoritetin məhkəməsi başlayır - VİDEO

Dünya

23 İyun 2016, 12:38

Nüfuzli azərbaycanlı cinayətkar avtoritet Zaur Əliyev və onun cinayətkar qruplaşmasının yaxın zamanlarda məhkəməsi başlayacaq. Modern.az Rusiya mediasına istinadən bildirir ki, hazırda “Zayka” ləqəbi ilə tanınan Zaur Əliyev və digərləri cinayət materilları ilə tanış olurlar.

Qruplaşma rəhbərinə zorakılıq, adam oğurluğu, quldurluq, qanunusuz silah saxlama və soyğunçuluq ittihamları ilə cinayət işi qaldırılıb.

Əliyevin quldur dəstəsinin darmadağın edilməsi üçün 2014-cü ilin noyabrı ayında xüsusi əməliyyat keçirilib. Əməliyyatçılar müəyyən ediblər ki, qruplaşma Rusiya paytaxtında Azərbaycandan olan bir neçə biznesmenin oğurlanmasında iştirak edib. Biznesmenlər külli miqdarda pul alınması məqsədilə oğurlanıblar. Sonradan müəyyən edilib ki, Zaykakın əsas müsibətləri irəlidədir. Məsələ burasındadır ki, azərbaycanlı avtoritet “Matrosski tişina” həbsxanasına yerləşəndən sonra vəhşicəsinə döyülüb, bunu sübut edən fotoilar da var.

Zaur Əliyev (Zayka ləqəbini ona görə alıb ki, böyük qardaşları və valideynləri onu belə çağırıblar) Moskvada 15 il əvvəl peyda olub və Azərbaycan diasporunun kriminal dairələrində lider mövqeyi tutub. O, bunu iki yaxın dostu – nüfuzlu “qanuni oğrular” Kamo Safaryan (Kamo Qorkovski) və Rəşad İsmayılov (Rəşad Gəncinski) nail ola bilib. Əliyevin briqadası Azərbaycanın Rusiyadakı iki ən böyük cinayətkar qruplaşması – Quli və Rövşən Lənkəranskinin dəstələtinə qarşı özünəməxsus güc mərkəzi olması ilə fərqlənib. Zayka hər iki “qanunçularla” daim münaqişə vəziyyətində olub.

 “Matrosski tişina”dakı amansız döyülmənin əsl səbəbini situasiyadan xəbərdar olan mənbə açıqlayıb. Sən demə, Zayka bir vaxtlar kriminal aləmdə o qədər avtoritetli olub ki, iki azərbaycanı “qanuni oğru” Quli ləqəbli Nadir Səlifov və Rövşən Lənkəranski kimi məşhur olan Rövşən Canıyevin nəzarətindəki cinayətkar aləmə layiqli rəqib kimi formalaşıb. Bu səbəbdən 3 “cinayətkar general” arasında dəfələrlə çəkişmə olub, haqq-hesab çürüdüblər. Belə “razborka”nın birində Zayka Quliyə nəsə deyib və qarşı tərəf bunu “qanuni oğru”ya təhqir kimi qiymətləndirib. Buna görə də mütləq cəza tətbiq olunmalıymış. Bu zaman Rövşən də Əliyevə qarşı "dişini itiləyib". Nəticədə iki barışmaz “qanuni oğru” güclərini birləşdirərək “Matrosski tişina”da oturan adamlarının əli ilə avtoritetli həmyerliləri Zaykaya divan tutdurublar. Zaykanı bir neçə saat döyüblər və işgəncə veriblər (bu qəddarlığın izləri onun sifətində indi də qalır). Bundan başqa ondan Skype vasitəsilə bir müddət əvvəlki təhqirə görə Qulidən  üzr istəməyi  tələb ediblər. Əliyevin ətrafındakı mənbənin dediyinə görə, Zayka həbsxanadakı kamerada hücum edənlər telefonla onun hamilə arvadınına hədə-qorxu gəldikdən sonra sınıb.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir