Modern.az

Sumqayıt Bələdiyyəsindən jurnalistlər üçün müsabiqə...

Sumqayıt Bələdiyyəsindən jurnalistlər üçün müsabiqə...

23 İyun 2016, 15:01

Sumqayıt Bələdiyyəsi jurnalistlər üçün 22 iyul Mətbuat Günü münasibətilə “Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi yazı müsabiqəsi elan edir:

 

Modern.az xəbər verir ki, müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər iştirakçı ola bilərlər.

 

Hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet, sayt və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc edilməlidir.

 

Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan, adları “qara siyahı”ya düşən, xəbərdarlıq almış redaksiyaların yazıları müsabiqəyə qəbul olunmur.

 

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

 

I yer      -          200 manat (1 mükafat)

 

II yer      -           150 manat (1 mükafat)

 

III yer      -           100 manat (1 mükafat)

 

Həvəsləndirici mükafatlar – 50 manat (10 mükafat)

 

 Müsabiqə şərtləri

 

Müsabiqəyə təqdim olunmuş yazılarda aşağıdakılara üstünlük veriləcək;

 

Materialların mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi;

Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;

İfadə vasitələrinin zənginliyi;

Oxucu üçün informasiyalılıq dərəcəsi;

Fotolarla ifadəetmə səviyyəsi

Müsabiqəyə 2016-cı il ərzində (iyul ayının 15-dək) müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

 

Qaliblərin adları 2016-cı il iyul ayında Milli Mətbuat Günü ərəfəsində açıqlanacaq.

 

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur.

 

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.

 

Qeyd: Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində dərc olunan yazılar müsabiqəyə qəbul olunmur.

 

Yazıların təqdim edilməsi

 

Müsabiqə üçün yazılar ayrıca zərfdə təqdim olunmalıdır.

 

Yazıya aşağıdakı materiallar da əlavə olunmalıdır:

 

yazı təqdim edən şəxsin harada işlədiyini təsdiqləyən sənədin surəti;

yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev, iş və mobil telefonu;

müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqdə);

yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link (ayrıca vərəqədə);

materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi;

diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla);

yazı elektron media resursunda verilibsə, diskdə yazının linki göstərilməlidir.

Müsabiqə üçün yazılar iyul ayının ayının 15-dək həftənin iş günləri saat 09.00-dan 18.00-dək Sumqayıt Bələdiyyəsinin Mətbuat Xidmətinə təqdim olunmalıdır.

 

Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.

 

Əlaqə telefonu:

0186559547

0705019035

 

məsul əlaqələndiricilər:

Vüsal Məmmədov

Amil Əhmədov

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir