Modern.az

Prezident iki universitetə yeni rektor təyin etdi

Prezident iki universitetə yeni rektor təyin etdi

23 İyun 2016, 18:03

Prezident İlham Əliyev iyunun 23-də rektor təyinatları ilə bağlı iki sərəncam imzalayıb.

Modern.az saytı xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Pedaqoji Kollecin sabiq direktoru, hakim Yeni Azərbaycan Partiyası Qadınlar Təşkilatının sədri Nurlana Əliyeva Bakı Slavyan Universitetinə yeni rektor təyin olunub.

Bakı Slavyan Univeristetinin bugünəqədərki rektoru Asif Hacıyev isə tutduğu vəzifədən azad edilib.

Modern.az saytının əməkdaşı yeni rektorla əlaqə saxlayıb. Nurlana Əliyeva ölkə başçısının öna böyük etimad göstərdiyini deyərək, fəaliyyətə başlayandan bir müddət sonra görəcəyi işlər haqda danışa biləcəyini söyləyib. O, hələlik yeni vəzifəsi barədə əlavə heç nə demək istəməyib.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Univeristetinə də yeni rektor təyin edilib. Bu, Cəfər Cəfərovdur.  C.Cəfərov bu təyinatadək Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsində çalışırdı.

Hər iki rektor bu gün təhsil naziri Mikayıl Cabbarov tərəfindən universitetlərin kollektivinə təqdim olunub.

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir