Modern.az

Oqtay Əsədov Zahid Orucla bağlı tapşırıq verdi

Oqtay Əsədov Zahid Orucla bağlı tapşırıq verdi

Parlament

24 İyun 2016, 12:46

“Mən istəməzdim ki, sonuncu iclasımız belə notlarla başa çatsın. Ağacan müəllim, xahiş edirəm ki, Milli Məclisin deputatı Zahid Orucu etik davranış qaydalarını pozduğu üçün İntizam Komissiyasına dəvət edib, araşdırma aparasınız”.

Modern.az-ın xəbərinə görə, spiker Oqtay Əsədov Milli Məclisin bugünkü iclasında İntizam komissiyasının sədri Ağacan Abıyevə müraciət edərək, deputat Zahid Oruc barədə tapşırıq verib.

Spiker bildirib ki, kimsə bu cür qeyri-etik davranış nümayaş etdirsə, mütləq intizam qaydasınsa cəzalandırılmalıdır.

Qeyd edək ki, bir qədər əvvək parlamentin iclasında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə yaşanmışdı.

Mübahisə Azərbaycanda “tax-free” sisteminin tətbiq edilməsi ilə bağlı Vergilər Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı baş verib. 

Z.Oruc Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması məsələsini vurğulayaraq, Aİ-nın dağılması ərəfəsində "tax-free" sisteminin tətbiqində ehtiyatlı olmağın vacibliyini qeyd edib.

O.Əsədov isə bu məsələnin Aİ ilə əlaqələndirilməsini düzgün hesab etməyərək Z.Oruca irad tutub. O bildirib ki, "tax-free" sistemi təkcə Aİ ölkələrində deyil, dünyanın 130 ölkəsində tətbiq olunur.

Spiker əlavə edib ki, Azərbaycanın bu sistemi tətbiq etməsinin Aİ ilə heç bir əlaqəsi yoxdur.

Z.Oruc isə O.Əsədovun ona irad tutmasına etiraz edib və bu dəyişikliyin əlayhinə səs verəcəyini bildirib.

O.Əsədov Z.Oruca özünü aparmağı bacarmadığını deyib.


Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür