Modern.az

Böyük Britaniya – Manata növbəti TƏHLÜKƏ

Böyük Britaniya – Manata növbəti TƏHLÜKƏ

İqtisadiyyat

24 İyun 2016, 13:42

Böyük Britaniyada keçirilən referendum nəticəsində bu ölkənin Avropa Birliyini tərk etməsinə dair təklifin çoxluq tərəfindən dəstəklənməsi dünya bazarlarında yeni təlatümlər yaradıb.

 

Modern.az xəbər verir ki, bu haqda iqtisadçı Qubad İbadoğlu bildirib.

 

O qeyd edib ki, məlum hadisədən sonra dollara nəzərən ingilis funt sterlinqi bir gündə 7,18 faiz, avro isə 2 faiz dəyər itirib: “Eyni zamanda “Brent” markalı xam neftin qiyməti 2 dollara qədər və ya 3,83 faiz ucuzlaşıb. Bu hadisədən sonra fond bazarlarında səhmlərin dəyərində də dəyişikliklər müşahidə olunur.

Belə ki, ABŞ iqtisadiyyatında əhəmiyyət kəsb edən Dow Jones Sənaye və Standard and Poor 500 indeksləri dəyər qazanıb. Asiya iqtisadiyyatına təsiri olan NASDAQ və Nikkei indeksləri isə dəyər itirib”.

 

Q.İbadoğlunun sözlərinə görə, bu dəyişikliklər Azərbaycan manatının dollara nəzərən məzənnəsinə təzyiqləri də artıracaq:

 

“Dünyada dolların mövqeyini möhkəmləndirən bu cür tendensiyalar, o cümlədən Türkiyə və Rusiya kimi inkişaf etməkdə olan ölkələrin milli valyutalarının məzənnəsinə də təsirsiz ötüşməyəcək”.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!