Modern.az

İranda 6 azərbaycanlı casusluqda İTTİHAM OLUNUR

İranda 6 azərbaycanlı casusluqda İTTİHAM OLUNUR

Aktual

24 İyun 2016, 14:40

İranın şimal-qərbində 6 Azərbaycan əsilli fəal casusluq ittiham ilə həbs olunub.

 

Modern.az xəbər verir ki. bu barədə İranın dövlət qəzeti məlumat yayıb.

 

Məlumata görə şübhəli şəxslər “məxfi hərbi və iqtisadi sənədləri toplayaraq düşmənə ötürüblər”.

 

Yerli mətbuat Şərqi Azərbaycan vilayətində saxlanılan 6 azərbaycanlının “Gamo” separatçı təşkilatının üzvü olduqlarını yazır.

 

Hadisənin təfərrüatları barədə rəsmi məlumat verilmir.

 

Bir neçə həftə öncə, İranın paytaxtı Tehranda terror aktları planlaşdıran 10 terrorçu yaxalanmışdı.

 

Vüqar İsmayılov  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!