Modern.az

Əcnəbilərlə nikaha girənlərdən 149-u ayrılıb

Əcnəbilərlə nikaha girənlərdən 149-u ayrılıb

Aktual

24 İyun 2016, 20:29

Azərbaycanda ötən il ərzində ölkə vətəndaşları ilə əcnəbi şəxslər arasında bağlanılan nikahlardan 149-u pozulub. Modern.az saytı xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycan vətəndaşları ilə əcnəbi şəxslər arsında 2680 nikah bağlanıb.

"Daha çox hansı ölkələrin vətəndaşları ilə nikah bağlanılıb" sualına cavabında R.Kərimova respublikanın rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən qeyd olunan məlumatların statistikasının aparılmadığını deyib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?