Modern.az

Azərbaycanın tanınmış diktoru vəfat etdi

Azərbaycanın tanınmış diktoru vəfat etdi

25 İyun 2016, 10:07

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı, radionun tanınmış diktoru, respublikanın əməkdar artisti Bəxtiyar Şərifzadə ötən axşam vəfat edib.

Bu haqda Modern.az saytına AzTV-dən məlumat verilib.

Məlumata görə, Bəxtiyar Şərifzadə qəfil ürək tutmasından dünyasını dəyişib.

Modern.az-ın məlumatına görə, B.Şərifzadə 1962-ci ildə Qax rayonunda doğulub. O, diktor fəaliyyəti ilə yanaşı, bir sıra sənədli filmlərin və çoxsaylı verilişlərin kadrarxası mətnini səsləndirməklə tanınmışdı.
Bəxtiyar Şərifzadə Azərbaycanda dublyaj işində iştirak edib.

54 yaşlı diktor bu gün doğulduğu Qax rayonunda dəfn olunacaq.

Allah rəhmət eləsin.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı