Modern.az

Lent.az saytının 8 yaşı tamam oldu

Lent.az saytının 8 yaşı tamam oldu

Media

25 İyun 2016, 10:36

Bu gün operativ və gündəlik xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edən Lent.az saytının 8 yaşı tamam olur.

 

 Modern.az xəbər verir ki, Lent.az saytında ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür. "Lent.az" siyasət, sosial, kriminal, iqtisadiyyat, dünya, mədəniyyət, şou-biznes, idman kimi sahələr üzrə hər gün 100-dən çox xəbər, müsahibə, reportaj və yazılar hazırlayır.

 

Portal bu günədək 250 minə yaxın mindən artıq materialı oxuculara təqdim edib.

 

Qeyd edək ki, Saytın tərkibində kulis.lent.az, aile.lent.az və ikt.lent.az saytları da ayrıca fəaliyyət göstərir.

 

Modern.az kollektivi adından həmkarlarımızı təbrik edirik!

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir