Modern.az

Nazirlik: “Bu il Azərbaycana 75 min iranlı turist gəlib”

Nazirlik: “Bu il Azərbaycana 75 min iranlı turist gəlib”

İqtisadiyyat

25 İyun 2016, 15:21

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən son illər ərzində ölkəmiz üçün prioritet turizm bazarı olan İran üzrə təbliğat işinin səmərəli təşkili (HT&T Iran Hotel, Travel & Tourism International Exhibition beynəlxalq turizm sərgilərində iştirak, turizm sənayesi nümayəndələri üçün infoturların keçirilməsinin dəstəklənməsi və s.), elektron vizanın tətbiqi, eləcə də devalvasiyadan sonra xarici valyuta ekvivalentində qiymətlərin ucuzlaşması, həmçinin, İranla Azərbaycan arasında olan ortaq tarixi mədəni dəyərlər (Novruz bayramı, dil, din və etnik cəhətdən yaxınlıq) və coğrafi baxımdan qonşu ölkələr olmağımız bu ölkədən olan turistlərin Azərbaycana səfərini stimullaşdırır.

 

Mədəniyyət və Turizm Nazirliyindən Modern.az-a verilən məlumata görə,  ötən ilin ilk 5 ayı ərzində İrandan Azərbaycana səfər edən xarici vətəndaşların sayı 61 096 nəfər, 2016-cı ildə isə 74 890 nəfər olmuşdur və nəticədə 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ildə Azərbaycana səfər edən İran vətəndaşlarının sayı 23% artmışdır.

 

Qeyd etmək lazımdır ki, İrandan gələn xarici vətəndaşların səfəri daha çox Novruz Bayramına təsadüf etdiyi üçün ən çox artım 87% olmaqla mart ayı ərzində qeydə alınmışdır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!