Modern.az

Ramil Usubov Qubada vətəndaşları qəbul edib

Ramil Usubov Qubada vətəndaşları qəbul edib

25 İyun 2016, 15:49

Azərbaycanın daxili işlər naziri,  general-polkovnik Ramil Usubov iyunun 25-də Quba Rayon Polis Şöbəsində vətəndaşların növbəti qəbulunu keçirib.

 

 

Modern.az Daxili İşlər Nazirliyinə isitnadən xəbər verir ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinləri ilə görüşən nazir onların polis fəaliyyəti ilə bağlı olan müraciətlərini dinləyib, problemlərinin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib.

 

 

Müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini  tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb. 

 

 

         Qəbulda iştirak edənlər yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşməsi, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını  bildiriblər.

 

 

Modern.az                                                                                               

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu