Modern.az

Amerikalı həmsədr: “Prezidentlər anlayır ki, Qarabağda yeni müharibə fəlakətə səbəb olacaq”  

Amerikalı həmsədr: “Prezidentlər anlayır ki, Qarabağda yeni müharibə fəlakətə səbəb olacaq”  

25 İyun 2016, 16:31

“Əgər münaqişə tərəfləri Qarabağ problemini  həll yolunu görməsəydilər, onda danışıqlar aparmazdılar”.

 

Modern.az xəbər verir ki, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiostansiyasına açıqlamasında deyib.

 

“Hər iki prezident anlayır ki, müharibəyə qayıdış region üçün fəlakətlə nəticələnəcək. Bizim məqsədimiz danışıqlarda irəliləyişə nail olmaqdır. Münaqişənin həlli üçün uyğun zəmin yaranıb. Yeni müharibənin baş verməsinə yol verə bilmərik. İllər sonra situasiya daha asan olmayacaq”.

 

Uorlik həm ABŞ, həm Rusiyanın, həm də Fransanın münaqişəyə eyni mövqedən baxdığını vurğulayıb.

 

Həmsədr Rusiyanın tərəflərə silah satmasına baxmayaraq, müharibənin yenidən başlanmasında maraqlı olmadığını deyib”.

 

“Biz əminik ki, Rusiya bu məsələdə səmimidir. Bundan əlavə, Rusiya prosesdə ən şəffaf mövqeyi sərgiləyir. Dağlıq Qarabağ münaqişəsi Fransa, ABŞ və Rusiyanın mövqelərinin üst-üstə düşdüyü problemlərdəndir”.

 

  Vüqar İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu