Modern.az

Əməliyyatda  “mexaniki səhv edən həkim” ölkədən qaçıb? AÇIQLAMA

Əməliyyatda  “mexaniki səhv edən həkim” ölkədən qaçıb? - AÇIQLAMA

Aktual

25 İyun 2016, 16:15

Sabah şəkərli diabet xəstəsi olan 87 yaşlı Tərlan Məmmədovanın sol ayağı da amputasiya olunacaq. Bu haqda Modern.az saytına Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzin direktoru Azər Şəmsəddinski məlumat verib.

Direktor əməliyyatın xəstənin yaxınlarının razılığı əsasında həyata keçiriləcəyini deyib:

 

“Səhiyyə Nazirliyi tərəfindən yaradılmış komissiyanın iştirakı ilə  konsilium keçirildi və əməliyyata qərar verildi. Sabah, səhər saatlarında xəstənin digər ayağı da amputasiya olunacaq. Əməliyyatı mən özüm edəcəm”.

 

A.Şəmsəddinski səhvən xəstənin sol ayağı yerinə sağ ayağını kəsən həkim Valeh Kərimovun işə gəlmədiyini qeyd edib:

 

“Həkim işə gəlməyib. Onu nə qədər axtarsam da, tapa bilmirəm. Ölkədən çıxmasına gəlincə, hesab edirəm ki, sərhəddən keçə bilməz. Hər halda hüquq-mühafizə orqanları bu məsələni nəzarətdə saxlayır. Hələlik isə Komissiyanın Valeh Kərimovun işdən uzaqlaşdırılması barədə qərarını gözləyirik”.

 

Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzinin həkim-cərrahı V. Kərimov sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib. Həkim açıqlamasında özü də səhv etdiyini boynuna alıb və “mexaniki olaraq səhvə yol verdim” deyib.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı