Modern.az

Putinin Çin səfəri – Moskva Qərbdən Şərqə DÖNÜR

Putinin Çin səfəri – Moskva Qərbdən Şərqə DÖNÜR

Dünya

25 İyun 2016, 17:59

Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasına səfər edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, səfər zamanı Putin ölkə başçısı Si Çzinpinlə təkbətək görüş keçirib.

 

Görüşü nəticəsi olaraq, tərəflər 30-dan artıq dövlətlərarası müqavilə imzalayıb.

 

İmzalanan müqavilələrə arasında ortaq təyyarə, vertolyot və qatar vaqonlarının istehsalı, dəmir yolu sahəsində əməkdaşlıq və s. var.

 

Bundan başqa, Rusiya və Çin dəyəri 58 milyard dollar olan 58 ortaq layihənin icrasını təsdiq ediblər.

 

Çin Xalq Deputatları Məclisinin sədri Çjan Deçzyan və baş nazir Li Ketsyanla da görüşən Putin daha sonra Pekinin mərkəzi Tyananmen meydanında olub.

 

Statistikaya görə Çin Xalq Respublikasının sədri Si Çzinpin dünya liderləri arasında ən sıx Putinlə görüşür.

 

Ötən il onlar 5, ümumilikdə isə 15 dəfə görüşüblər.

 

Bir çox analitiklər Avropa Birliyinin sanksiyalarından sonra Rusiyanın Şərq dönərək, Çin və digər Asiya ölkələri ilə iqtisadi münasibətlərə üstünlük verdiyi yazır.

 

Vüqar İSMAYILOV 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır