Modern.az

 Şəhid pilotumuzun evlilik ildönümü məzarı başında keçiriləcək - VİDEO

 Şəhid pilotumuzun evlilik ildönümü məzarı başında keçiriləcək - VİDEO

Aktual

25 İyun 2016, 20:16

Şəhid pilotumuzun evlilik ildönümü məzarı başında keçiriləcək. Modern.az saytı xəbər verir ki, iyunun 26-da saat 11:00-da aprel döyüşlərində şəhid olan baş leytenant Əbubəkir İsmayılov II Fəxri xiyabanda məzarı başında anılacaq. Belə ki, iyunun 26-da  şəhid Əbubəkir İsmayılovun evliliyinin 1 ili tamam olurdu. Tədbirdə şəhidin yaxın qohumları, ictimaiyyət nümayəndələri, Qarabağ qaziləri və jurnalistlər iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Əbubəkir İsmayılov 2-5 aprel 2016-cı il tarixdə baş verən dördgünlük müharibənin şəhidlərindən biridir.

Əbubəkir Vüqar oğlu İsmayılov 10 fevral 1990-cı ildə Kürdəmir rayonunda anadan olub. 2005-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 2008-2012-ci illərdə Azərbacan Ali Hərbi Təyyarəçilik məktəbinə təhsil alıb.

Aprelin 2-ə keçən gecə və gün ərzində Lələtəpə istiqamətində gedən döyüşlərdə erməni mövqelərinə aviasiya zərbələri zamanı düşmən tərəfindən vurulan Mİ-24 helikopterində mayor Təbriz Mustafazadə və mayor Ürfan Vəlizadə ilə birlikdə şəhid olub. 11 aprel 2016 tarixdə hər üç pilot və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenentı Murad Mirzəyev ilə birlikdə II Fəxri Xiyabanda dəfn olunub.

2-5 aprel tarixlərində cəbhə xəttində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan pilot baş-leytenant Əbubəkir İsmayılov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir