Modern.az

Somalidə silahlı dəstə oteli ələ keçirib: 7 ölü

Somalidə silahlı dəstə oteli ələ keçirib: 7 ölü

25 İyun 2016, 20:51

Somalinin paytaxtı Moqadişoda silahlı şəxslər “Nasa-Hablod” otelinə hücum ediblər. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, polisin məlumatına əsasən, “Əş-Şəbab” terror qruplaşmasının üzvləri olduğu ehtimal edilən silahlılar otelin qarşısında avtomobil partladıb. Daha sonra isə binaya hücum ediblər.

Partlayış nəticəsində ən azı 7 nəfər həlak olub, daha 10 nəfər isə xəsarət alıb. Bunu polis nümayəndəsi Əli Həsən bildirib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi