Modern.az

Türkiyədə sərnişin avtobusuna atəş açıldı

Türkiyədə sərnişin avtobusuna atəş açıldı

25 İyun 2016, 21:34

Türkiyənin paytaxtı Ankara şəhərindən hərəkət edən bir sərnişin avtobusuna odlu silahla atəş açılıb. Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, atəş nəticəsində 4 nəfər yaralanıb. Hadisə yerli saatla 17:30-da meydana gəlib. Belə ki, avtobus Ankara-Diyarbəkir marşrutu üzrə hərəkət edirmiş. Hərəkətdə olan avtobusa yoldan atəş açılıb. Hadisə yerinə dərhal polis və təcili tibbi yardımın əməkdaşları cəlb olunub.

Mətbuata açıqlama verən Ankara valisi Mehmet Kılıçlar hadisənin terror aktı olmadığını söyləyib. Vali bir çox cinayətdən dolayı təqib edilən bir şəxsin 3 sərnişin avtobusuna atəş açdığını söyləyib.

Ankara valisi həmin şəxsin polislə bir müddət atışmadan sonra ələ keçirildiyini bildirib.

Vali şəxsin maşınında 3 ov tüfənginin tapıldığını söyləyib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!