Modern.az

Silahlı Qüvvələr  Gününə həsr olunmuş yarış keçirilib - FOTO

Silahlı Qüvvələr  Gününə həsr olunmuş yarış keçirilib - FOTO

26 İyun 2016, 14:09

Bu günlərdə Sumqayıt şəhər Paralimpiya İdman Kompleksində   26 – İyun Silahlı Qüvvələr gününə həsr olunmuş  Şotokan Karate - do Federasiyasının IV açıq birinciliyi keçirildi. Yarış başlamazdan öncə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik şükutla yad edildi. Sonra Dövlət himni səsləndirildi.  Yarışın əsas məqsədi ordu gününün qeyd edilməsi, karate idman növünün şəhərdə təbliği və inkişafı, klubun güclü     idmançılarının müəyyən edilməsi, idmançıların idman ustalıqlarının artırılması və təkmilləşdirilməsi, şəhər və rayon idmançıları arasında dostluq əlaqələrinin yaradılması  və nəhayət  gələcəkdə şəhər yarışlarında iştirak edəcək klubun yığma komandasının komplektləşdirilməsidir. Qeyd edək ki, yarışın keçirilməsinə Şotakan Karate - do Federasiyasının Sumqayıt şəhər nümayəndəliyi rəhbərlik edirdi. Yarışın bilavasitə keçirilməsi Milli Karate Federasiyasının Sumqayıt şəhər şöbəsinin hakimlər heyətinə həvalə olunmuşdu. Hakimlər beynəlxalq qaydalara uyğun hakimlər üçün müəyyən edilmiş çıxış edirdilər.

 

Eyni zamanda yarış Dünya Karate Federasiyasının mövcud qaydalarına  tam uyğun olaraq keçirildi. Qaydalara əsasən kumite yarışlarında döyüş zamanı xallara məhdudiyyət qoyulmur, döyüş vaxtı bitdikdə daha çox xal toplamış idmançı qələbə qazanır. Döyüş zamanı 8 xal üstünlük əldə edildikdə döyüş dayandırılır və üstünlüyə malik idmançı təmiz qələbə qazanır. Yarışda şəhər və rayonların idman məktəbləri, cəmiyyətləri, klubları və təşkilatlarının həkim müayinəsindən keçmiş idmançıları iştirak etdi. Çempionatda 5 -15 yaş qrupları üzrə ilkin, yarımfinl, və final görüşləri  keçirildi. Bildirək ki, yarışı fəxri qonaqlar  Azərbaycanın Milli Qəhrəmanı yəhudi əsilli Albert Aqarunovun tank komandiri ehtiyatda olan baş leytenant Ağababa Qasımov, Qarabağ müharibəsi veteranı və qazisi,keçmiş tankçı, dəfələrlə paralimpiya yarışlarının qalibi Əkbər Muradov,  Qarabağ müharibəsi veteran və qazisi, keçmiş tankçı Arif Nağıyev, Qarabağ müharibəsi veteranı keçmiş tankçı Vitaliy Hüseynov, 9-cu Prezident kubokunun qalibi, Paralimpiya avarçəkmə üzrə idmançı Asif Qasımov, Şotokan Karate – do Federasiyasının Sumqayıt şəhər filialının keçmiş sədri, 3 dan qara kəmərin sahibi Hüseyn Əfəndiyev ,  Müdafiə Nazirliyi “Azərbaycan Ordusu” qəzetınin hərbi müxbiri, tədqiqatçı-jurnalist Lalə Hüseynova və “Vəfa” İctimai Sosial Birliyinin sədri,  “ Vizion” internet televiziyasının müəllif departamentinin redaktoru Fatimə Hacıbəyli böyük maraqla izlədilər. Sabiq sədr H. Əfəndiyev nümayəndəliyin yaranma tarixi və yetirmələri barədə danışaraq bildirdi ki, filialımız 2001-ci il dekabrın 6-da artıq 15 ildir ki, qurulub. 10 il nümayədəliyə rəhbərlik etmişəm. Hazırda mənim layiqli davamçım Mehman Əlirzayev 5 ildir ki, filiala sədrlik edir və işi, qoyulan ənənəni uğurla davam etdirir. Ona bu işdə müvəffəqiyyətlər arzulayiram. Fərəhverici hal odur ki, keçən il Bakıda keçirilən Birinci Avropa oyunlarında məhz bizim yetirməmiz olan Firdovsi Fərzəliyev 1 – ci qızıl medalın sahibi odu. Onun məşqçisi Eldar Hacızadədir. Sonra məşqçi Rafael Məmmədovun yetirməsi Rafael Ağayev qızıl medalın sahibi oldu. R. Ağayev 13 qat Avropa çempionu, 4 qat dünya çempionudur.

 

Hakimlər müxtəlif yaş qrupları  və çəki üzrə yerləri müəyyənləşdirdi. Klubun rəhbəri məşqçi Mehman Əlirzayevin yetirmələri aşağıdakı yerləri tutdular:

 

5 yaş qrupunda 1 – ci yer Hüseyn Yusifov, 2 –ci yer Abdulla Zeynalzadə, 6 yaşda 1 yer Davud Tarverdili, 7 yaşda 1 – ci yer Ahu İbrahimova, 7 yaşda 39 kq. Aysel Əlirzayeva, 7 yaşda 3 – cü yer Yusif Əlimusayev, 8yaşda 1 – ci yer Kamal Dadaşov, 9 yaşda 1 – yer Ələddin Məlikov, 2 – ci yer Fərid Hacızadə, 12 yaşda 1 – ci yer Dadaşov İlkin, 13 yaşda qızlar 1 – ci yer Zeynəb Əlizayev, 15 yaşda 52 kq. 3 – cü yer Tamerlan Hüseynov, Heydər Səfizadə, 15 yaşda 57 kq. 3 – cü yer Ruslan Abdullayev, 63 kq. 1 – ci yer İlyas Əlirzayev

 

Çempionatın sonunda I-II-III yerləri tutan idmançılar Şotokan Karate-do Federasiyasının Sumqayıt şəhər nümayədəliyi tərəfindən fəxri fərman və medallarla təltif olundular.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!