Modern.az

"Avro-2016": Fransa yığması ¼ finalda

"Avro-2016": Fransa yığması ¼ finalda

Aktual

26 İyun 2016, 20:29

Avropa çempionatının 1/8 final matçında bu gün keçirilən daha bir oyun yekunlaşıb. Modern.az saytı xəbər verir ki, bu dəfə Fransa doğma divarlar arasında İrlandiyanı qəbul edib.

Lionda keçirilən görüşdə Fransa 2:1 hesabı qələbəsi ilə başa çatıb.

Oyunda ilk qolu İrlandiya vurub. İrlandiyanın oyunçusu Robbi Bredi matçın 3-cü dəqiqəsində komandasını hesabda irəli çıxarəb. Bu qol həm də Fransada keçirilən  çempionatda vurulan ikinci ilkin qol olub.

İkinci hissənin 58-ci dəqiqəsində isə fransalılar  hesabı bərabərləşdirib. Antuan Qrizmanın 61-ci dəqiqədə vurduğu ikinci qol həm də komandasını növbəti mərhələyə çıxarıb.

Qeyd edək ki, Fransa yığması iyulun 3-də keçiriləcək ¼ final oyununda İngiltərə və İslandiya cütünün qalibi ilə qarşılaşacaq.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi