Modern.az

Panama kanalı yenidən istifadəyə verilib

Panama kanalı yenidən istifadəyə verilib

26 İyun 2016, 20:52

Bu gün rekonstruksiya olunmuş Panama kanalı 9 ildən sonra istifadəyə verilib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, kanaldan ilk olaraq musiqinin müşayiəti ilə Çinin “Cosco Shipping” yük gəmisi keçib.

 

Panama kanalının açılış mərasimində 10 ölkə və beynəlxalq təşkilatın nümayəndə heyəti iştirak edib.

 

Qeyd edək ki, Panama kanalı 1904-cü ildə 10 il ərzində tikilib. Kanalın tikintisində dünyanın 30 ölkəsindən 50 min insan çalışıb. Kanal 15 avqust 1914-cü ildə açılıb və həmin gün kanaldan “Ankon”gəmisi keçib. Ancaq kanalın rəsmi açılışı 6 il sonra, 1920-ci ilin iyununda olub.

 

Kanal 1999-cu ilə qədər ABŞ administrasiyasının icarəsində və idarəetməsində olub.

 

1999-cu ildə kanal Panamanın yurisdiksiyasına keçib.

 

Kanal vasitəsi ilə dünyadakı ticarət yüklərinin 4 faizi, ABŞ-ın ticarət yüklərinin isə 16 faizi daşınır.

 

Ancaq kanal müasir böyük gəmilərin tələbatlarına cavab vermədiyi üçün 2007-ci ildən rekonstruksiya işləri başlanıb. Bu məqsədlə ötən dövr ərzində 8,75 milyard dollar xərclənib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır