Modern.az

Bakıda "zapravka"da təhlükəli anlar yaşandı - VİDEO

Bakıda "zapravka"da təhlükəli anlar yaşandı - VİDEO

26 İyun 2016, 21:44

Bakıda yanacaqdoldurma məntəqəsində qorxulu anlar yaşanıb. Modern.az saytı Musavat.com-a istinadən xəbər verir ki, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən “RM petrol” maye-qaz doldurma məntəqəsində saat 18 radələrində qəza baş verib.

 

Qaz doldurularkən boru partlayıb. 20-30 dəqiqə ərzində hadisəyə müdaxilə edən olmayıb. Yüksək təzyiqlə ətrafa yayılan qaz panikaya səbəb olub.

 

Qəza baş verərkən “RM petrol”un ətrafında heç bir təhlükəsizlik tədbiri görülməyib. Ətrafda olan ticarət obyektləri fəaliyyətini davam etdirib, xeyli sayda insan hadisəni izləmək üçün ora toplaşıb. Hadisə şahidlərinin dediyinə görə, baş verən qəzanı izləyənlər arasında siqaret çəkən şəxslər də olub. Onlara xəbərdarlıq edildiyindən, hadisə yerindən uzaqlaşdırıldığından baş verə biləcək faciənin qarşısı alınıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir