Modern.az

İraq ordusu daha bir şəhəri terrorçulardan təmizləyib

İraq ordusu daha bir şəhəri terrorçulardan təmizləyib

26 İyun 2016, 22:26

İraq ordusu daha bir şəhəri terrorçulardan azad edib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu dəfə Əl-Fəlluca şəhəri azad olunub. İraq ordusunun general-leytenantı Abdul Vahad Saadi BBC-yə açıqlamasında bildirib ki, paytaxt Bağdaddan 50 km qərbdə yerləşən şəhər təmamilə hökumət ordusunun nəzarətindədir.

O bildirib ki, ordu İŞİD-in əlində olan son rayonu - Qolanı da azad etməyə müfəvvəq olub. 

Şəhərin azad edilməsini üçün böyük itkilərin verildiyini, 10 minlərlə sakinin şəhəri tərk etmək məcburiyyətində qaldığını bildirən Saadi əməliyyatlar zamanı 1800 hərbçinin həyatını itirdiyini əlavə edib.

 

İŞİD döyüşçüləri 2014-cü ildən şəhəri nəzarətdə saxlayırlar. Əl-Fəlluca müharibəyə qədər İraqın ən böyük şəhərlərindən biri idi. Şəhərdə təxminən 350 min insan yaşayırdı.

 

Ötən ayın 23-də İraq hərbi qüvvələri şəhərə iri miqyaslı hücumlara başlayıb. İraq hakimiyyəti yerli sakinlərə şəhəri tərk etməyi, yaxud da atəşə məruz qalmamaq üçün evlərin üzərindən ağ bayraq asmağı tövsiyyə edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir