Modern.az

Tarixçi professor prezident seçildi

Tarixçi professor prezident seçildi

26 İyun 2016, 22:35

İslandiyada keçirilən prezident seçkilərində partiya üzvü olmayan tarixçi professor, 48 yaşlı Qudni Yohannesson qalib gəlib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o 39,1 faiz səs toplayıb.

İkinci yeri 27, 9 faiz səslə iş adamı Halla Tomasdottir tutub. Ölkənin keçmiş baş naziri Devid Oddssonun lehinə 13 faiz seçici səs verib. Seçicilərin fəallığı 75 faiz olub.

Yohannesson vəzifəsinin icrasına avqustun 1-də başlayacaq. O 1996-cı ildən ölkəyə rəhbərlik edən 73 yaşlı Oulavyura Raqnar Qrimssonu əvəzləyəcək.

Prezident seçilən İslandiya Universitetində dərs deyir. O 2003-cü ildə fəlsəfə doktoru dərəcəsi alıb. Professorun maraq dairəsi doğma ölkəsinin müasir tarixidir. Yohannesson evlidir, 5 övladı var.

İslandiyada prezident seçkiləri bir turda keçirilir. Qalib gəlmək üçün səslərin çoxunu qazanmaq kifayətdir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?