Modern.az

İtaliyada axtarılan mafiya lideri yaxalandı

İtaliyada axtarılan mafiya lideri yaxalandı

Dünya

26 İyun 2016, 22:54

İtaliyanın cənubundakı Kalabriya bölgəsində fəaliyyət göstərən mafiya təşkilatı “Ndrangheta” yurdunda uzun zamandır axtarılan və ən təhlükəli adlarından biri kimi göstərilən mafiya liderlərindən Ernesto Fazzalari İtalyan polisi tərəfindən dünən gecə yaxalanıb. Modern.az xarici mediaya istinadən bildirir ki, mafiya bossu Fazzalarinin yaxalanmasını İtaliyanın baş naziri Matteo Renzi sosial şəbəkədəki hesabından etdiyi bəyanatla bildirib.

Renzi Fazzalarinin tutulmasında əməyi keçən hakim və polislərə təşəkkür edib və onlarla qürur duyduqlarını bildirib.

Cinayət, narkotik qaçaqmalçılığı və mafiya üzvü olmaq cinayətlərindən 20 ilə yaxındır axtarılan 46 yaşlı Fazzalarinin gecə saatlarında, Taurianova bölgəsində saxlanma sahəsi kimi istifadə etdiyi bir ferma evində yanındakı 41 yaşlı qız dostu ilə birgə həbs olunduğu bildirilib.

Əməliyyat zamanı  qarşısında polis əməkdaşlarını görən və təəccüblənən Ernesto Fazzalarinin, heç bir müqavimət göstərmədən təslim olduğu bildirilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!