Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

27 İyun 2016, 14:12

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, iyunun 28-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 30-35° isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 20-21°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı ehtimalı var.

İyunun 28-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək.
Temperaturun gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 14-19°, gündüz 24-29° isti olacağı gözlənilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı