Modern.az

Roma papası ermənilərə söz VERDİ: “Azərbaycanlılarla danışacam”

Roma papası ermənilərə söz VERDİ: “Azərbaycanlılarla danışacam”

27 İyun 2016, 14:15

Ermənistana səfəri başa çatan Roma papası I Fransisk Yerevan aeroportunda jurnalistlərə qısa açıqlama verib.

 

 Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, papa payızda Azərbaycan edəcəyi səfər barədə planlarını bölüşüb.

 

 “Mən burada gördüyüm həqiqətlər, hiss etdiklərim barədə azərbaycanlılarla danışacam, onlara da dəstək verəcəm”.

 

 I Fransisk ermənilərin və azərbaycanlıların sülh yolunda axtarışlarını davam etdirməli olduqlarını da əlavə edib.

 

“Bilmirəm daha nə deyə bilərəm. Ancaq həmin an ürəyimdə nələrin ola biləcəyini deyə bilərəm. Münaqişənin həlli üçün təklif edilən bütün müsbət təkliflər bizi irəliyə aparmalıdır”.

 

 Roma papası 25 iyunda başlayan Ermənistan səfərini başa vuraraq artıq Romaya dönüb.

 

 O, səfəri zamanı növbəti dəfə 1915-ci il hadisələrini “soyqırımı” kimi dəyərləndirib.

 

 

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir