Modern.az

Klinton mavilərin paradında iştirak edib

Klinton mavilərin paradında iştirak edib

Aktual

27 İyun 2016, 14:15

ABŞ prezidentliyinə bu il noyabrın 8-də keçirilən seçkilərdə demokratların namizədi Hillari Klinton mavilərin Nyu-Yorkda keçirilən paradında iştirak edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Klintonun tədbirdə iştirakı əvvəlcədən elan edilməyib.

O, yürüşə Nyu-York ştatının qubernatoru Endryu Kuomo və şəhərin meri Bill de Blazio ilə birlikdə qoşularaq bir neçə məhəlləni keçərək əlləri ilə iştirakçıları salamlayıb. Tədbir iki həftə əvvəl Orlanddakı mavilərin klubunda güllələnən 49 nəfərin şərəfinə təşkil edilib və nümayişçilər əllərində onların şəkillərini tutublar.

Orlanndakı hadisə iyunun 12-də gecə baş verib. Əfqan əsilli Omar Matin Pulse mavi-klubuna silahla hücum edib. O 49 nəfəri öldürüb, 53 nəfəri yaralayıb, bundan sonra polis onu da güllələyib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi