Modern.az

İsrail və Türkiyə barışdı – DETALLAR

İsrail və Türkiyə barışdı – DETALLAR

27 İyun 2016, 17:04

 

Bu gün İsrail baş naziri Benyamin Netanyahu Romada keçirdiyi xüsusi mətbuat konfransında Türkiyə ilə münasibətləri normallaşdıracaq razılaşmanı təqdim edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, razılaşma 2010-ciu ildə “Mavi Mərmərə” gəmisinə edilən hücumdan sonra iki ölkə arasında dondurulan münasibətləri yenidən canlandıracaq.

“Bu razılaşma çox çətin dövrdə regiona stabilliyi qaytarmağa hesablanıb”- deyə İsrail baş naziri deyib.

 

Eyni zamanda, Ankarada Türkiyə baş naziri Binəli Yıldırım da xüsusi bəyənatla çıxış edib.

 

Razılaşmanın İsrail hökuməti və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən təsdiqi gözlənilir.

 

İyulun 1-dən etibarən Türkiyədən gedən humanitar yüklər İsrailin Aşdod limanında baxışdan keçirildikdən sonra Qəzza sektoruna buraxılacaq.

 

Bundan başqa, İsrail “Mavi Mərmərə” gəmisinə hücum zamanı həlak olan 9 Türkiyə vətəndaşına görə onların ailələrinə 20 milyon dollar kompensasiya ödəyəcək.

 

Əvəzində isə Türkiyə məhkəməsi İsrail hərbçiləri barədə həbs qərarını ləğv edəcək.

 

Bundan başqa, yaxın aylarda hər iki ölkənin səfirləri diplomatik öhdəliklərinin icrasına başlayacaq.

 

Vüqar İsmayılov    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir