Modern.az

Ərdoğan Putindən üzr istədi

Ərdoğan Putindən üzr istədi

Dünya

27 İyun 2016, 17:22

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Su-24” qırıcı təyyarəsinin vurulmasına görə Rusiya prezidenti Vladimir Putindən üzr istəyib.

 
Modern.az saytı “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.


Dmitri Peksovun sözlərinə görə, Ərdoğan “Su-24” qırıcı təyyarəsinin vurulmasına görə V.Putinə üzrxahlıq məktubu göndərib.

 
Kreml sözçüsü deyib ki, Ərdoğan öz məktubunda "üzr istəyirəm" ifadəsi işlədib.

Bununla yanaşı, Türkiyə prezidenti bildirib ki, rəsmi Ankara Moskva ilə münasibətləri korlamaq istəmir. Ərdoğanın məktubunda o da vurğulanıb ki, Türkiyə “Su-24” təyyarəsinin həlak olmuş pilotuna görə onun ailəsinə istənilən maddi və mənəvi zərəri ödəməyə hazırdır.

Xatırladaq ki, Türkiyə hərbçiləri ötən ilin noyabrın 24-də Rusiyaya məxsus "Su-24" təyyarəsini Türkiyə-Suriya sərhəddində vurub. Nəticədə təyyarədəki iki pilotdan biri həlak olub.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi