Modern.az

Messi millidən getməsinin səbəbini AÇIQLADI

Messi millidən getməsinin səbəbini AÇIQLADI

27 İyun 2016, 17:34

Argentina millisinin hücumçusi Lionel Messi beynəlxalq karyerasını başa vurmasının səbəblərini açıqlayıb. Modern.az xarici mediaya istinadən bildirir ki, “Barselona”nın oyunçusunun sözlərinə görə, onun ölkəsinin milli  komandasında çıxışı yaxşı alınmır.

“Mən 4 finalda oynadım, cəhd etdim, ancaq bu mənlik deyil. Ona görə düşünürəm ki, hər şey bitib. Hər şeyə əlavə olaraq penaltini yerinə yetirə bilmədim. Düşünürəm ki, bu hamı üçün yaxşı olacaq. İlk növbədə mənim, sonra isə qalanların hamısı üçün. Çox sayda adam var ki, bunu istəyir. Onlar bizim qalib gəlməməyimizə görə narazıdırlar”, - Messi deyib.

Lionel Messi onun komandası Amerika Kubokunun finalında Çiliyə məğlub olandan sonra beynəlxalq karyerasını başa vurduğunu bəyan edib. 29 yaşlı forvard oyundan sonra bəyan edib ki, onun Argentina millisi başa çatıb. Onun ardınca Argentina millisini Serxio Aquero və Xavyer Maskerano da tərk etməklə bağlı istəklərini bəyan ediblər.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır