Modern.az

Ştaynmayer Ermənistanda Qarabağ problemini müzakirə edəcək

Ştaynmayer Ermənistanda Qarabağ problemini müzakirə edəcək

27 İyun 2016, 20:13

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer 29-30 iyun tarixlərində Ermənistana səfər edəcək. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ştaynmayer iyunun 29-u axşam erməni həmkarı Edvard Nalbandyanla danışıqlar aparacaq, Ermənistan prezidenti Serj Sarqsyanla görüşəcək. Qeyd olunur ki, nazirin görüşlərində əsas mövzu Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun himayəsi altında nizamlanması məsələsi olacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir