Modern.az

BƏƏ-dən ölkəmizə gələnlərin sayı 30 dəfə artıb

BƏƏ-dən ölkəmizə gələnlərin sayı 30 dəfə artıb

27 İyun 2016, 20:32

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn xarici vətəndaşların sayı xeyli artıb. Mədəniyyət və Turizm Nazirliyindən Modern.az saytına verilən məlumata görə, ötən ilin may ayı ilə müqayisədə (99 nəfər) 2016-cı ilin may ayında (3 000 nəfər) BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 30 dəfə artıb. Belə ki, son bir neçə il ərzində Mədəniyyət və Turizm Nazirliyinin Marketinq Strategiyası əsasında təbliğat işlərinin gücləndirilməsi, BƏƏ-nin Dubay əmirliyində keçirilən “ATM” beynəlxalq turizm sərgisində mütəmadi olaraq və Şərca əmirliyində keçirilən “2-ci turizm səyahət bazarı: ailəvi turizmin təbliğatı 2015” beynəlxalq turizm sərgilərində ölkəmizin turizm potensialının təbliği nəticəsiz qalmayıb. Həmçinin,  2011-ci ildən etibarən Dubay Əmirliyində fəaliyyət göstərən təmsilçi nümayəndəliyin (“Atlantis Holidays” şirkəti) olması, həmçinin, 2015-ci ilin noyabr ayından etibarən adıçəkilən ölkə vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin tətbiqi nəticəsində bu artım baş verib.

2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Atlantis Holidays” şirkəti arasında “Körfəz əməkdaşlıq ölkələri – bazar əlaqələrində iştirakın istiqamətlənməsi və ictimai əlaqələr xidmətinin təmin edilməsi haqqında” müqavilə imzalanıb. Həmin ildən etibarən “Atlantis Holidays” şirkəti BƏƏ-də Nazirliyin turizm üzrə təmsilçilik funksiyalarını yerinə yetirir. 2011-ci ildən etibarən adıçəkilən şirkət Körfəz ölkələrindən turistlərin ölkəmizə səyahət etməsinin stimullaşdırılması istiqamətində müvafiq tədbirlər (Azərbaycanın turizm potensialı ilə bağlı marketinq kampaniyalarının aparılması, turizm sənayesi və KİV nümayəndələri üçün info və press turların təşkili, beynəlxalq turizm sərgilərində təmsilçiliyin həyata keçirilməsi və s.) həyata keçirir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu